Yardımlıda məktəb binası yanıb

22:33 29.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yardımlıda yanğın hadisəsi olub. 

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Gavran kəndində ümumi sahəsi 500 m² olan birmərtəbəli orta məktəb binasının (fəaliyyət göstərməyən) yanar konstruksiyaları 250 m² sahədə və 2 ton ot bağlaması yanıb.

Məktəb binasının və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.