Yasamalda 4 otaqlı ev yanıb

22:08 31.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 100 m² olan 4 otaqlı mənzildə ev əşyaları 8 m² sahədə yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 12 m² sahədə qarsalanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.