Yasamalda yeraltı piyada keçidinə dolan su boşaldılıb - FOTO

15:35 11.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yeraltı piyada keçidinə su dolması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər subasmaya məruz qalmış keçiddən suyun çəkilərək kənarlaşdırılması işlərini həyata keçiriblər.