Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiyanın Baş İstintaq İdarəsinə verilib

16:20 30.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yekaterinburqda saxlanılan azərbaycanlıların cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına verilib.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

O qeyd edib ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin işin daha əhatəli və obyektiv araşdırılmasını təmin etmək üçün onun bu komitənin Baş İstintaq İdarəsinə verilməsini tapşırıb.