Yeni Katolikos-Patriarx taxta çıxdı

14:52 12.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Svetitsxoveli Katedralında Gürcüstanın yeni seçilmiş 142-ci Katolikos-Patriarxı Müqəddəs Şio III taxta çıxıb.

Hafta.az xəbər verir ki, bununla bağlı mərasim keçirilib. Təntənəli liturgiya zamanı yeni Patriarxa idarəetmə simvolları, yəni patriarxal mitr, eləcə də tac və xaç - panagiya təqdim edilib.

Məbəddə hökumətin və Nazirlər Kabinetinin üzvləri, eləcə də "Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvili iştirak ediblər.