Yeni “Lada X-Cross 5” modeli təqdim olundu

10:30 16.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın avtomobil istehsalçısı AvtoVAZ Lada-nın yeni modeli “X-Cross 5”i təqdim edib.

Hafta.az-ın yazdığına görə, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda təqdim edilən “Lada X-Cross 5” Çinin dövlət avtomobil şirkəti FAW-ın “Bestune T77” modelini xatırladır.

Köhnə “Nissan” fabrikində istehsala başlanan “X-Cross 5”in ilin sonuna qədər 10 min ədəd istehsal edilməsi planlaşdırılır.

“Lada X-Cross 5”in satış qiyməti hələlik açıqlanmayıb.

Biznes FM-ə müsahibə verən avtomobil eksperti Aleksey Aksenov belə şərh edib: "Bu modelin AvtoVAZ ilə heç bir əlaqəsi yoxdur. Bu, bizim adını çəkdiyimiz Çin avtomobilidir. Onun yalnız loqotipi və yerli "Made in Russia" yazısı fərqlidir".

Aksenov qeyd edib ki, Çin markasının oxşar avtomobilləri Rusiyada 2,5 milyon rubldan başlayan qiymətlərlə satılır.