Yevlaxda 592 ədəd çətənə kolu əkənlər tutuldu

12:14 07.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində çətənə bitkilərini kultivasiya yolu ilə yetişdirən Tərxan Tağıyev və Calal Abduyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, onların yaşadıqları ünvanlara baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdikləri 592 ədəd çətənə bitkisi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.