Yevlaxda ev yanıb

22:50 20.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax şəhərində ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 24 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.