Yolu keçən piyadanı maşın vurub öldürdü

12:58 06.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 4-də saat 23 radələrində Sabirabad şəhəri ərazisində Suqovuşan kənd sakini N.Əliyev idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Kürkəndi kənd sakini Müşfiq Vəliyevi vurub.

Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.