Yoluxanların sayı azaldı - ölən yoxdur

21:14 13.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 182 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 335 171 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 580 nəfər müalicə olunaraq sağalıb, 4 953 nəfər vəfat edib, aktiv xəstə sayı 1 638 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 389, ötən müddət ərzində isə ümumilikdə 3 622 499 test aparılıb.

Oxunma sayı 535