Yazını böyüt
Yazını kiçilt
Noyabrın 23-də Dövlət “Yuğ” Teatrında H.İbsenin “Vahimə” pyesi əsasında səhnələşdirilən “Vəsvəsə” tamaşası nümayiş olunacaq.
Teatrdan hafta.az-a daxil olan məlumata görə, birbölümlü səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı isə Əməkdar rəssam Rəşid Şərifdir.
Səhnə əsərində rolları teatrın aktyorları Mətanət Abbaslı, Zümrüd Qasımova, Amid Qasımov, Elxan Abbasov, Vüqar Hacıyev, Oqtay Mehdiyev, Elgün Həmidov, Ləman Mərrih və Günel Səfərova ifa edəcək.