“Yumşaldılmalara getdikcə, Azərbaycanda yoluxma artır” - Prezidentin köməkçisi

16:11 19.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Artıq bir ildən çoxdur dünyanı bürümüş COVID-19 pandemiyasını yaşayırıq. Hazırda virus dünya ölkələrində dalğavari şəkildə davam edir. Yumşaldılmalara getdikcə Azərbaycanda da yoluxma artır".

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Ş.Mövsümov artımı yumşalmlarla əlaqələndirib: "Açılmalar olduqca, insanların hərəkətliliyi artdıqca yoluxmanın artımı gözlənilən idi".