Yunanıstan İsraildən “Spike NLOS” uzaqmənzilli raketlərini alacaq  

19:32 09.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Yunanıstan İsrailin “Rafael Advanced Defense Systems” şirkətinin istehsalı olan “Spike NLOS” çoxməqsədli uzaqmənzilli raket sistemlərini almağı planlaşdırır, Kathimerini qəzeti yazır.

Nəşrin məlumatına görə, Xarici Əlaqələr və Müdafiə üzrə Hökumət Şurası (KYSEA) ordu və donanmanın istifadəsi üçün nəzərdə tutulan İsrail istehsalı olan Spike NLOS-un satınalma prosedurunu blokdan çıxarmaq qərarına gəlib.

Qeyd olunur ki, Yunanıstanda komplekslərin istehsalının lokallaşdırılması ilə bağlı fikir ayrılıqları səbəbindən satınalmaların müzakirəsi dondurulub. Bununla belə, KYSEA bəyanatında Spike NLOS proqramının Yunan müdafiə kompleksinin “geniş iştirakı” ilə həyata keçiriləcəyi qeyd edilib.

Yunan şirkətlərinin İsrail raketlərinin istehsalında iştirakının təfərrüatları açıqlanmır.

“Spike NLOS” kompleksi öz növbəsində Amerikanın “Javelin” tank əleyhinə sistemlərinə rəqib kimi işlənib hazırlanmış tank əleyhinə raketlər əsasında yaradılmışdır.

“Spike NLOS” zirehli texnikanı, yerüstü və yer hədəflərini, eləcə də düşmənin 25 km radiusda baxış xəttindən kənarda canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Raket qurğuları həm avtomobil platformalarında, həm də gəmilərin bortunda quraşdırıla bilər.