Zaur Gülməmmədovun həbs müddəti uzadıldı

12:17 23.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenant Zaur Gülməmmədovun həbsdə saxlanılma müddəti uzadılıb.

Hafta.az xəbər verir ki, məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Z.Gülməmmədovun həbs müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, polkovnik-leytenant cinayət baş verən dövrdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin şöbə rəisi işləyib.

O, təqaüdə çıxandan 4 ay sonra həbs edilib.