Zəfər Gününə həsr olunan videoproyeksiya nümayiş etdiriləcək

15:05 07.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zəfər Gününün ildönümü münasibətilə noyabrın 8-də Bakıda Muzey Mərkəzinin binası üzərində videoproyeksiya nümayiş etdiriləcək.

Hafta.az-ın məlumatına görə, saat 20:55-dən Muzey Mərkəzinin fasadında Vətən müharibəsi və Zəfər Gününə həsr edilən audiovizual kompozisiya videoproyeksiya olunacaq.

Videoproyeksiya gecə 00:00-dək davam edəcək.