Zelenskinin xanımı müharibəyə görə tez-tez ağlayır

09:08 23.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenskinin xanımı, birinci xanım Yelena Zelenska Rusiyanın ölkəsinə qarşı apardığı müharibəyə görə tez-tez ağladığını deyib.

Hafta.az-ın xəbərinə görə, Yelena Zelenska, bu barədə İspaniyanın “El Mundo” qəzetinə verdiyi müsahibədə deyib. "Bu gün bu müsahibədə yenə ağlaya bilərəm. Bu mənim başıma çox tez-tez gəlir”, - deyə o bildirib.

Zelenska əlavə edib: “Axı mən də insanam, hisslərim var və ağlayıram”.

Ötən ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra vəziyyətin daha da pisləşdiyini bildirən Zelenska, “Müharibənin ilk günlərindəki hər hücum mənə çox təsir etdi. Hətta rəsmi tədbirlərdə də ağlamışam” deyib.

Siyasət rubrikasından digər xəbərlər