Zəncirvari qəzada 13 nəfər xəsarət aldı

08:40 13.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Bavariya əyalətində zəncirvari qəza baş verib.

Hafta.az yerli mediaya istinadla xəbər verir ki, 20-dək nəqliyyat vasitəsinin toqquşduğu qəzaya yolun buz bağlaması səbəb olub.

Hadisə nəticəsində 13 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Qəza ilə əlaqədar yol nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanıb.