Zəngilanda üç tondan çox çətənə bitkisi MƏHV EDİLDİ

11:09 09.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zəngilanın Bürünlü kəndində aşkarlanan 3 tondan çox çətənə bitkiləri yandırılaraq məhv edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Bürünlü kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.

 

Yabanı halda bitən ümumilikdə çəkisi 3 ton 330 kiloqram olan 4 630 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.