Zərdabda qanunsuz ov edən 6 nəfər saxlanılıb

13:45 30.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları tərəfindən respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, dekabrın 27-də Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun İsaqbağı kəndi ərazisində qanunsuz ov edən 6 nəfər saxlanılıb. Onlardan 4 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.