Prezident  İlham Əliyev şəxsən bu reallığın memarı kimi vəziyyətə hakimdir – Millət vəkili

18:35 10.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“"Avropa siyasi birliyi" bir platforma kimi özünü doğruldacaq, ya yox, bu gələcəyin məsələsidir, amma təsisatın ilk Zirvə Toplantısı bir həqiqəti ortaya çıxardı ki, Azərbaycanın qoca qitə üçün əhəmiyyəti əvvəlki dövrlərlə müqayisədə köklü şəkildə artıb”.

Bunu hafta.az-a Millli Məclisin deputatı Bəhruz Məhərrəmov Prezident İlham Əliyevin Çex Respublikasının baş naziri Petr Fialanın və Aİ Şvurasının prezidenti Şarl Mişelin dəvəti ilə Praqaya səfəri və "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştirakı, eləcə də Prezidentin Azərbaycanın milli maraqlarının müdafiəsi, beynəlxalq əlaqələrinin genişlənməsi və münasibətlərinin inkişafı istiqamətində apardığı  siyasəti şərh edərkən bildirib.

Deputat ilk növbədə, Vətən müharibəsindəki zəfərinin nəticəsinə uyğun olaraq Azərbaycanın artıq bölgənin əsas güc mərkəzi kimi qəbul edildiyini bildirib.

“İkincisi, Azərbaycan Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı nəqliyyat və enerji infrastrukturu, eləcə də şaxələndirmə siyasəti nəticəsində dünyada baş verən kataklizmlər fonunda ölkəmiz Avropanın, ələxsus da Şərqi Avropa və Balkanların enerji təhlükəsizliyi və dolayısı ilə milli təhlükəsizliyində güvənilir təminatçıya çevrilib.

Digər vacib amil isə sabit mühit, sınanmış və etibarlı dövlət təminatı hesabına Azərbaycan Şərq-Qərb tranzitində ən qısa və ən səmərəli habdır. Daha doğrusu, Avropanın Şərqə açılan ən stabil və təhlükəsiz qapısıdır.

Cənab İlham Əliyev də şəxsən bu reallığın memarı kimi vəziyyətə hakimdir və əsas söz sahibi kimi milli maraqların ən yaxşı formada təmin olunması və Bakının geosiyası təsir imkanlarını şaxələndirmək üçün təşəbbüsü əldən vermir.

Eyni zamanda Avropa da reallığın fərqindədir və Praqa Zirvəsində iştirak edən liderlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə münasibətində də bunu aydın formada müşahidə etmək olur. Bu mənada Makronun təşəbbüsü ilə siyasi birlik formatında toplanan Avropa ölkələrinin əsas prioritetlərindən birinin məhz Cənubi Qafqazda Bakı və iravan arasında yekun sülh olması  təsadüf deyil. Təbii ki, cənab Prezident də nəyi, necə, nə zaman etdiyini gözəl bilən lider kimi vəziyyəti doğru qiymətləndirərək, hətta Fransanın qərəzli mövqeyi və təktərəfli yanaşmasına baxmayaraq İrəvanı Al-Maata bəyanatının şərtinə istinadən Azərbaycanın ərazi bütövlüyünü tanımağa vadar etməklə Praqanı növbəti triumfa çevirdi. Yəni cənab İlham Əliyev "Avropa siyasi birliyi" nin Praqa Zirvəsini faktiki olaraq Qafqazda yekun sülh istiqamətdində səmərəli platformaya çevirə bildi”.

Siyasət rubrikasından digər xəbərlər