"Avropanın təhlükəsizliyi üçün Ukrayna NATO-ya girməlidir" - Henri Kissincer

10:00 19.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın keçmiş xarici işlər nazirlərindən Henri Kissincer deyib ki, Avropanın təhlükəsizliyi üçün Ukrayna NATO-ya daxil edilməlidir.

Hafta.az-ın “The Economist”ə istinadən yazdığına görə, məşhur diplomat deyib: “Biz Ukraynaya elə dəstək vermişik ki, onlar hazırda Avropanın ən yaxşı silahlanmış ordusuna, lakin strateji planlaşdırma baxımından da ən təcrübəsiz administrasiyaya malikdirlər... Avropanın təhlükəsizliyi, Ukraynanın NATO-ya daxil olması və ərazi müzakirələri baxımından onun təkbaşına qərar verməsinin qarşısı alınsa, daha yaxşı olardı”.

Kissincer NATO-ya üzvlüyün Ukraynanın diplomatik manevr imkanlarını məhdudlaşdıracağını iddia edib. Keçmiş xarici işlər naziri həmçinin bildirib ki, NATO-ya daxil olmaq əvəzinə Ukraynanı silahlandırmaq düzgün seçim deyil.

Siyasət rubrikasından digər xəbərlər