"Azərişıq"ın əməkdaşını "tok" vurub öldürdü

11:39 13.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 12-də Abşeron rayonunda bədbəxt hadisə baş verib: "Azərişıq"ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb.

Hafta.az-ın məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində baş verib.

Belə ki, Abşeron rayonunun Fatmayı kənd sakini, 1995-ci il təvəllüdlü Ülvi Bəhrəm oğlu Məcidli elektrik dirəyində cərəyan vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.