"Beşiktaş" baş məşqçisi ilə vidalaşdı

11:00 14.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin "Beşiktaş" klubu baş məşqçisi Fernandu Santuşla yollarını ayırıb.

Hafta.az-ın məlumatına görə, “Samsunspor” ilə 1:1-lik heç-heçədən sonra "Beşiktaş" klubunun rəhbərliyi toplantı keçirərək, baş məşqçi ilə müqaviləyə xitam verilməsi qərarına gəlib. Komanda mövsümün sonunadək Serdar Topraktepeyə tapşırılıb.

Qeyd edək ki, "Beşiktaş" hazırda 48 xalla 4-cü pillədə qərarlaşıb.