Yazını böyüt
Yazını kiçilt
Türkiyə Superliqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.
Hafta.az xəbər verir ki, bu, "Beşiktaş" olub. Komanda son - 42-ci turda "Göztəpə" ilə qarşılaşıb. İstanbul təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
"Qalatasaray" isə evdə "Kayserispor"u məğlub edib - 3:1.
3-cü yerdə olan "Fənərbaxça" Kayseridə yerli “Kayserispor” üzərində əzmkar qələbə qazanmağına baxmayaraq bürünc mükafatla kifayətlənib - 1:2.
Nəticədə turnir cədvəlindəki duruma əsasən, "Beşiktaş" və "Qalatasaray"ın 84 xalı, "Fənərbaxça"nın isə 82 xalı olub. Lakin mövsümlük qol nisbətinə görə "Qalatasaray"dan 1 top üstün olan "Beşiktaş" çempionluğu rəsmiləşdirib. Komandanın baş məşqçisi Sergen Yalçın isə "Göztəpə" ilə matçdan sonra gözyaşlarını saxlaya bilməyib.