Yazını böyüt
Yazını kiçilt
İran prezidenti Məsud Pezeşkian ölkəsinin “inqilabı genişləndirmək və ya başqa ölkələrə ixrac etmək” niyyətində olmadığını bəyan edib.
Hafta.az-ın yazdığına görə, o, ölkəsinin “İslam Respublikasının düşməni olmadığını” sübut edəcəyi təqdirdə Amerika ilə birbaşa danışıqlara hazır olduğunu bildirib.
Qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaq üçün diplomatiyanın davam etdirilməsinin vacibliyini vurğulayan Pezeşkian Çini 25 illik strateji əməkdaşlıq sazişini hərtərəfli aktivləşdirməyə çağırıb. O, İran və Səudiyyə Ərəbistanı arasındakı problemlərin həllində Çinin vasitəçiliyini yüksək qiymətləndirib.
Pezeşkian bəyan edib ki, onun hökuməti hakimiyyətə gəldiyi avqustdan bəri Rusiyaya heç bir silah göndərməyib.