"Borussiya" Emre Canı birdəfəlik aldı

11:10 19.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Borussiya" "Yuventus"dan yanvarda icarəyə götürdüyü Emre Canı birdəfəlik alıb.

26 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin iyununa kimi müqavilə imzalanıb. Müqavilənin iyulun 1-i qüvvəyə minəcəyi bildirilib.

Bu transfer üçün Almaniya klubunun 25 milyon avro təzminat ödədiyi vurğulanıb.

Qeyd edək ki, E.Can "Borussiya"da 2 matçda 1 qol vurub.