"Cənab Prezident, Sizin hər bir çıxışınız, hər bir addımınız Azərbaycan xalqının xoşbəxtliyinə hesablanıb" - Birinci qrup əlil Mətanət Bayramova   

18:08 20.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hörmətli cənab Prezident.

Mən birinci qrup əliləm. Bu gün dünyanı bürüyən koronovirus Azərbaycandan da yan keçmədi. Lakin Sizin gördüyünüz qabaqlayıcı tədbirlər öz nəticəsini verməkdədir. Xəstələnənlərin sayının gündən-günə azalması buna bariz nümunədir. Hələ 2003-cü ildə keçirilən prezident seçkilərində demişdiniz ki, hər bir azərbaycanlının prezidenti olacaqsınız. Sizin hər bir addımınızda bunun şahidi oluruq. Bu gün böyük dövlətlərin rəhbərləri bu virusun qarşısında aciz qalıblar, onun qarşısını ala bilmirlər. Sizin xalqın sağlamlığını qorumaq üçün atdığınız addımların nəticəsini görməkdəyik. İmkansız ailələrə göstərilən qayğı, işsizlərə verilən müavinət Sizə inam hissimizi daha da artırır.

Cənab Prezident, mən birinci qrup əlil olmağıma baxmayaraq 2018-ci ildə keçirilən seçkilərdə iştirak etdim və Sizə səs verdim. Bir gənc kimi Sizinlə qürur duyuram. Sizin hər bir çıxışınız, hər bir addımınız Azərbaycan xalqının xoşbəxtliyinə hesablanıb. Çünki Siz Heydər babanın siyasi məktəbində dərs almısınız.

Cənab Prezident, əlil olmağıma baxmayaraq, ailəmdə iki uşaq böyüdürəm. Övladlarım Sizi hər dəfə televiziya efirində görəndə sevinib deyirlər ki, Prezidentimiz danışır. Sizə diqqətlə qulaq asırlar. Cənab Prezident, bu siyasi yolda Sizə yeni uğurlar arzu edirəm. Tanrı Sizə yar olsun.

Hörmətlə,

Birinci qrup əlil Bayramova Mətanət Alı qızı

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Qızıltorpaq kəndi.