Zinəddin Zidan Fransa millisinin baş məşqçisi oldu

14:07 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib.

Hafta.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb. Bildirilib ki, 54 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb.

O, bu vəzifədə 2012-ci ildən yığmanı çalışdıran Didye Deşamı əvəzləyib.

Zinəddin Zidan 5 illik fasilədən sonra yenidən məşqçi fəaliyyətinə qayıdıb. O, son olaraq İspaniyanın "Real Madrid" klubuna rəhbərlik edib. Fransalı mütəxəssis Madrid təmsilçisi ilə 11 titul qazanıb.