Türkiyə Gümrü istiqamətindəki dəmir yolunu bərpa edir

14:32 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə ərazisindən Ermənistanın Gümrü şəhəri istiqamətində uzanan dəmir yolu xəttinin yenidən qurulması prosesinə start verilib.

Hafta.az xəbər verir ki, Ermənistan mediasının yazdığına görə, bu barədə Akyaka şəhərinin meri Ergüder Toptaş bildirib. Onun sözlərinə görə, bərpa işləri təxminən 2-3 ay çəkəcək. Artıq tikinti üçün, o cümlədən Akyakadan Gümrüyə qədər torpaq yolun çəkilməsi üçün tender elan edilib.

Toptaş bildirib ki, dəmir yolu infrastrukturunun bərpası hər iki ölkəyə iqtisadi fayda gətirəcək və kənd təsərrüfatı və sənaye sahəsində əməkdaşlıq üçün imkanlar açacaq.

Qeyd edək ki, mayın sonunda baş nazir Nikol Paşinyan bildirmişdi ki, Ermənistan hökuməti tezliklə Arazdəyən və Gümrü - Akyaka bölgələrində dəmir yollarının rekonstruksiyasına başlayacaq.