İsfahan Həsənov U-17 dünya çempionatında gümüş medal qazanıb

20:09 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.

Hafta.az xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı iranlı Rezai Hasana məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.