Bərdədə imtiyazlı şəxslərin müraciətləri dinləniləcək

15:57 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov avqustun 14-də Bərdədə vətəndaşların müraciətlərini dinləyəcək.

Bu barədə Hafta.az-a agentlikdən məlumat verilib. Bildirilib ki, qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminatı və digər sosial məsələlər üzrə müraciətlərinə cavab veriləcək.

Qeyd olubub ki, müraciət etmək istəyən vətəndaşlar avqustun 11-nə qədər (012) 525-41-30 (daxili: 5614) telefon nömrəsinə zəng edərək, [email protected] elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, həmçinin agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.