Lətifə bahalı aksessuarlarını göstərdi

15:19 28.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müğənni Lətifə sosial şəbəkədə paylaşdığı görüntülərlə izləyicilərinin marağına səbəb olub. O, bu dəfə "Celine" brendinə məxsus çanta və səndəlini nümayiş etdirib.

Hafta.az xəbər verir ki, Lətifə hər iki aksessuarı təxminən bir il əvvəl almasına baxmayaraq, onları dolabında unutduğu üçün indiyədək istifadə etmədiyini bildirib.

Paylaşımda yer alan brend məhsulların qiyməti də diqqət çəkib. Məlumata görə, müğənninin səndəlinin qiyməti 749 dollar, çantasının dəyəri isə 2100 avrodur.