Yazını böyüt
Yazını kiçilt
UNESCO Dünya İrs Komitəsinin (DİK) 49-cu sessiyası Türkiyənin ev sahibliyi ilə təşkil olunacaq. Bu barədə qərar DİK-in Koreya Respublikasının Busan şəhərində keçirilən 48-ci sessiyasında qəbul edilib.
Hafta.az xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Türkiyənin UNESCO yanında daimi nümayəndəsi, səfir Mustafa Yurdakul DİK-in 49-cu sessiyasının sədri vəzifəsini öz üzərinə götürüb. Sessiyanın 2027-ci ildə İstanbulda keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, UNESCO-nun Dünya İrs Siyahısında Türkiyənin qeydiyyata alınan 22 mədəni və qarışıq irs sahəsi mövcuddur.