"Dünya təcrübəsi göstərir ki, yumşalmalara getdikcə yoluxmaların sayı artır" - Prezidentin köməkçisi

11:19 29.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirusa yoluxmanın artmasının qarşısını almaq üçün vətəndaşlarımızı karantin qaydalarına əməl etməyə çağırırıq.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, virusla bağlı bugünkü rəqəmlər bizi sevindirir, ancaq dünya təcrübəsi göstərir ki, yumşalmalara və açılmalara getdikcə yoluxmaların sayı artır: “Buna görə də vətəndaşlarımız diqqətli olmalı və qaydalara riayət etməlidir”.

Sosial rubrikasından digər xəbərlər