"E-manat" istifadəçilərinə xəbərdarlıq - LƏĞV EDİLDİ

13:16 18.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankı (AMB) "E-manat" əmtəə nişanının sahibi "Modenis" MMC-yə verdiyi lisenziyanın qüvvəsini məhdudlaşdırıb.

Hafta.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, "Modenis" MMC-yə (Təşkilat) "ödəniş əməliyyatının ekvarinqi" və "elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası" fəaliyyəti göstərilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 5 iyun 2024-cü il tarixində EPT-003 nömrəli lisenziya verilib.

Təşkilatın müraciətinə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli Qərarı ilə onun lisenziyasında "elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası" üzrə ödəniş xidməti ləğv edilib.

Qurum fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcək.