"F 35 yoxdur, artıq KAAN havaya qalxdı" - "Forces"

11:30 28.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin KAAN döyüş təyyarəsi İngiltərə mətbuatında yer alıb. Hərbi internet saytı "Forces" ilk uçuşu dönüş nöqtəsi olaraq xarakterizə edərək, "Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi havaya qalxdı" yazıb.

Hafta.az-ın yazdığına görə, "Forces" KAAN döyüş təyyarəsini gündəmə gətirərək, xəbərdə "F-35 yoxdur, problem də yoxdur. Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi havaya qalxıb" qeyd edib. 

Xəbərdə KAAN-ın Türkiyə Müdafiə Sənayesi üçün dönüş nöqtəsi olduğu vurğulanıb. Bildirilib ki, KAAN sayəsində Türkiyə 2030-cu illərdə döyüş təyyarələrinə olan ehtiyacını özü ödəyəcək.
“13 dəqiqəlik uçuş ölkənin hava qüvvələrini inkişaf etdirmək səylərində böyük addımdır”, - deyə sayt qeyd edib. "Türkiyə texnologiyadan infrastruktura, insan resurslarından istehsal qabiliyyətinə qədər qabaqcıl döyüş təyyarələrinin istehsalı üçün bütün dəyər zəncirinə malik azsaylı ölkələrdən biri olmağı hədəfləyir" yazılıb.

Türkiyə KAAN-la mövcud döyüş təyyarələri parkını yeniləməyi planlaşdırır. KAAN-ın 2028-ci ildə inventara daxil olacağı gözlənilir.

Oxunma sayı 158
Siyasət rubrikasından digər xəbərlər