Yazını böyüt
Yazını kiçilt
İranla 21 saatlıq danışıqlar heç bir nəticə verməsə də, Hörmüz boğazının statusu ən vacib məsələlərdən biri kimi ortaya çıxdı. ABŞ prezidenti Donald Tramp Hörmüz boğazını açmaq üçün beynəlxalq koalisiya təklif etdi və Çin buna alçaldıcı bir bəyanatla cavab verdi.
Hafta.az yazır ki, məsələ ilə bağlı açıqlamasında Çinin müdafiə naziri admiral Donq Cun deyib: "Biz dünyada sülhə və sabitliyə sadiqik. Yaxın Şərqdəki vəziyyəti izləyirik. Gəmilərimiz Hörmüz boğazının sularına girib-çıxır. İranla ticarət və enerji müqavilələrimiz var. Bunlara hörmətlə yanaşıb yerinə yetirəcəyik və başqalarının daxili işlərimizə qarışmamasını gözləyirik. İran Hörmüz boğazına nəzarət edir, amma sular bizim üçün açıqdır".