"Karvan" rəqibinə təpik vuran futbolçusu ilə müqaviləni ləğv edib

16:35 02.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Karvan" futbolçusu Ruslan Voronsovla yolları ayırıb.

Hafta.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mərbuat xidməti məlumat yayıb.

28 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Xatırladaq ki, Voronsov 1-ci liqanın 12-ci turunda "Zaqatala" ilə oyunda rəqibinə təpik vurduğuna görə AFFA İntizam Komitəsi tərəfindən 4 matçlıq diskvalifikasiya edilib. "Karvan" isə buna görə 300 manat cərimə edilib.

Qeyd edək ki, bu mövsüm "Karvan"ın heyətində 6 qol vuran Ruslan Voronsov komandanın bombardirlərindən idi.