Yazını böyüt
Yazını kiçilt
Avropa İttifaqının Ukraynadakı səfiri Matti Maasikas Ukraynanın paytaxtında gecə saatlarında uşaqların ölümünə səbəb olan raket hücumuna sərt reaksiya verib.
Hafta.az-ın yazdığına görə, Maasikas bildirib ki, Uşaqlar Günü "Rusiyanın hava hücumları nəticəsində səhər tezdən azı 2 uşağın həlak olduğu Kiyevdə faciəvi şəkildə başlayıb".
Qeyd edək ki, yenilənmiş rəsmi məlumatlara görə, hücum nəticəsində bir uşaq ölüb.
Baş Qərargahın məlumatına görə, Rusiya gecə saatlarında paytaxtın, eləcə də Kiyev vilayətinin mülki və əsas infrastruktur obyektlərinə “İskəndər” operativ-taktiki raketlərlə zərbə endirib.