Rusiya Qarabağın Azərbaycan olduğunu tanıyır. Ermənistan Avrasiya İttifaqına daxil olanda Qazaxıstanın o vaxtkı prezidenti olan cənab Nazarbayev Qarabağdan bəhs etmədən Ermənistanın Aİİ-yə daxil olmasını təkid edirdi. Ermənistan özü də separatçı Qarabağı tanımırdı. Bu halda belə nəsə tələb edir.
Hafta.az xəbər verir ki, bu fikirlər rusiyalı politoloq Alersandr Razuvayevə məxsusdur:
"Rusiya Azərbaycanla, bütövlükdə türk dünyası ilə dava etməyəcək, bu ona lazım deyil. Biz buna misal olaraq Rusiyanın Türkiyə ilə münasibətlərini - iqtisadi və digər əməkdaşlığı görürük. Rusiya özü də türk dünyasının bir parçasıdır.
Əslində, keçmiş sovet respublikalarından yalnız Rusiya, Azərbaycan və Qazaxıstan özlərini həqiqi müstəqil, suveren dövlətlər kimi tam təsdiqləmişlər.
Ermənistan isə müəyyən mənada xaricdəki diasporasından asılıdır, bu gün onun köklü ölkə olduğunu söyləmək mümkün deyil".