"Napoli"nin hücumçusu "Valensiya"ya keçir

12:42 07.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Napoli"nin hücumçusu Xose Kalyexon rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib.

Hafta.az-ın məlumatına görə, son danışıq mənfi nəticələnincə ulduz futbolçu digər varianta üstünlük verib.

33 yaşlı ispaniyalı ölkəsinə qayıtmaq qərarına gəlib. "Valensiya" ilə ilkin danışıq artıq uğurlu alınıb və "yarasalar"ın 2 illik müqavilə təklifini Kalyexon qəbul edib. Keçid rəsmiləşərsə, oyunçunun yeni komandasında illik maaşı 3,5 milyon avro olacaq. Neapollularla müqavilə müddəti bu ayın sonu başa çatacaq futbolçu La Liqa təmsilçisinə havayı başa gələcək.

 

Qeyd edək ki, Xose Kalyexon bu mövsüm 32 oyunda 2 qol vurub, 9 məhsuldar ötürmə verib.

Oxunma sayı 2415