"Parma"nın baş məşqçisi istefa verdi

19:13 07.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın "Parma" klubu baş məşqçisi Fabio Liverani ilə yollarını ayırıb.

45 yaşlı mütəxəssis A seriyasının 16-cı turunda "Atalanta"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra istefa verib.

Qeyd edək ki, "Parma" A seriyasında 12 xalla 17-ci pillədə qərarlaşıb. Fabio Liverani 2020-ci ilin avqustundan komandanı çalışdırırdı.