"Qalatasaray" yenidən siyahıya liderlik edir

23:20 26.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Türkiyə Superliqasında XXVII tura yekun vurulub.

Hafta.az xəbər verir ki, bağlanış oyununda "Qalatasaray" "Antalyaspor"u qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

 

İstanbul təmsilçisinin heyətində qolları 12-ci və 45+1-ci dəqiqələrdə Kərəm Aktürkoğlu vurub. Qonaqlardan isə 33-cü dəqiqədə Sander van de Strik fərqlənib.

 

Bu nəticədən sonra xallarını 72-yə çatdıran "Qalatasaray" yenidən liderliyə yüksəlib. 35 xalı olan "Antalyaspor" isə 9-cudur.

Oxunma sayı 114