"Qarabağ"a qol vuran oyunçu "Atletik"ə keçir

17:37 03.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Braqa"nın hücumçusu Alvaro Djalo "Atletik"ə keçir.

Hafta.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, İspaniya klubunun "Braqa" ilə razılaşdığını və keçidin gələn həftə rəsmiləşəcəyini bildirib. Bilbao təmsilçisi ispaniyalı futbolçu üçün "Braqa"ya 20 milyon avro ödəyəcək.

Xatırladaq ki, "Braqa" UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olub. Komandalar arasında Bakıda keçirilən cavab matçında qollardan birini Djalo vurub.

Oxunma sayı 120