"Qarabağ" komandasının yeni kapitanı məlum oldu

10:39 19.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2019-2020-ci il mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ" komandasının yeni kapitanı müəyyənləşib.

Hafta.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Maksim Medvedyev Ağdam təmsilçisinin kapitanı olub.

Rəşad Sadıqovun gedişindən sonra kapitanlıq sarğısı birdəfəlik 31 yaşlı müdafiəçiyə həvalə edilib.

Qeyd edək ki, Maksim Medvedyev 2006-cı ildən "Qarabağ"da çıxış edir.