"Qarabağ" "Neftçi" ilə heç-heçə etdi

22:39 08.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

Hafta.az  xəbər verir ki, turun son oyununda "Qarabağ" "Neftçi" ilə üz-üzə gəlib.


Tofiq Bəhramov adına respublika stadionunda keçirilən görüş komandalar arasında 100-cü duel kimi tarixə düşüb. Yubiley matçında qapılara qol vurulmayıb.

Bu oyundan sonra xallarını 35-ə çatdıran "Qarabağ"  turnir cədvəlinin zirvəsindəki mövqeyini qoruyub. 27 xalı olan "Neftçi" isə "Keşlə"ni geridə qoyaraq yenidən ikinci sıraya yüksəlib.

Günün ilk oyununda "Zirə" klubu səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, ilk oyun günündə "Sabah" evdə "Qəbələ"yə 3:2, "Səbail" isə səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəlib.