Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura start verilib.
Hafta.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə "Keşlə" səfərdə "Sumqayıt"la qarşılaşıb və 2:2 hesabı ilə bərabərə qalıb.
Digər görüşdə isə lider "Qarabağ" "Sabah"ı qəbul edib. Oyun qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, tura sabah oynanılacaq iki matçla yekun vurulacaq.
29 fevral
“Qarabağ”– “Sabah” - 0:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev
Tofiq Bəhramov adına Respublika Stadionu
“Sumqayıt” – “Keşlə” - 2:2
Qollar: Peyman Babayi, 4 (1:0), Vüsal İsgəndərli, 10 (1:1), Rəhim Sadıxov, 59 (2:1), Slavik Alxasov, 80 (2:2)
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
“Kapital Bank Arena”
1 mart
15:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu
17:00. “Neftçi” – “Səbail”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Vüqar Həsənli
“Bakcell Arena”