"Qayçı" qolu vurana avtomobil alacam" dedi və aldı - FOTO

23:13 23.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qremio"nun baş məşqçisi Renato Portaluppi dilinin "bəlasına" düşüb.

Hafta.az xəbər verir ki, 2016-cı ildən Portu Aleqri təmsilçisinə baş məşqçilik edən mütəxəssis futbolçulara söz verib ki, kim qayçıvarı zərbə ilə qol vursa, ona avtomobil hədiyyə edəcək.

Lusiano da Roxa Neveş elə Braziliya çempionatının növbəti turundaca baş məşqçinin "arzu"sunu yerinə yetirib. "Şapekoense" ilə 32-ci tur qarşılaşmanın taleyini həll edən 26 yaşlı forvard akrobatik-qayçıvari zərbə ilə gözəl qol vurub. Portaluppi sözünə əməl edərək aldığı avtomobilin qəbzini futbolçuya təqdim edib.