"Rayonlara gediş-gəlişi bərpa etmək vacibdir"- Millət vəkili

13:14 26.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Pandemiya ilə əlaqadar karantin rejimi avqustun 31-i yekunlaşır. İnsanlar isə karantin rejiminin uzadılacağından narahatdılar. 7 ay müddətində karantin rejimi insanların həm psixi, həm də maddi vəziyyətlərinə təsir edib. Karantin rejimi yenidən uzadılacaqmı, rayonlara gediş-gəliş bərpa oluna bilərmi?

Millət vəkili Fazil Mustafa hafta.az-a bu barədə bildirdi ki, rayonlara gediş-gəlişi bərpa etmək  vacibdir, lakin yalnız insanlara nəzarət gücləndirilməildir:

“Qapalı məkanlarda sosial məsafə gözlənilməklə, gigiyenik normalara əməl etməklə, restoranların, kafelərin də açılmasına icazə verilməlidir. Çünki əhalinin iqtisadi cəhətdən yoxsullaşması, iş adamlarının müflis olması dövlətə daha böyük zərbə vurur”.

Sosial rubrikasından digər xəbərlər