Yazını böyüt
Yazını kiçilt
"Əhalinin məşğulluğunun təmini, vergi ödəyicilərinin sayının artması üçün birinci növbədə iş qurmaq istəyənlərə azadlıq vermək lazımdır".
Bu fikirləri hafta.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib.
Onun sözlərinə görə, kimin əlində pul varsa, hansısa bir biznes qurmaq istəyirsə, ona mane olmamalıyıq, əksinə kredit vermək lazımdır:
"Pulsuz torpaq ayırmaq lazımdır ki, öz işini qursun. Azərbaycanda isə hansısa bir sahibkar daşı daş üstünə qoyan kimi müxtəlif qurumlar tökülüb gəlirlər. Qanunun aliliyi, məhkəmələrin azadlığı təmin edilməlidir, sahibkarın əmlakına zəmanət verilməlidir. Belə olsa, Azərbaycanda heç bir problem yaranmaz”.